XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2020 - 19:44

DSK sədri namizədə fiziki təzyiq göstərib –Müsavat başqanından etiraz

“Seçkilərlə bağlı hələlik ən böyük qanun pozuntuları Zaqatalada baş verir”.

Strateq.az xəbər verir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, 110 və 111-saylı dairələrdə namizədlərin sənədləri qəbul edilmir, namizədlərə imza vərəqələrinin verilməsindən imtina olunur: “110 saylı Dairə Seçki komissiyasının sədri Fikrət Mustafayev namizədlərdən birinə fiziki təziq göstərib. Müsavat Partiyasının namizədi Saleh Soltanova, hətta MSK-dan tapşırılsa da, bu gün də imza vərəqələri verilməyib…”.

Partiya sədri deyib ki,  hətta sovet dövrünün raykom katibləri yerli əhali ilə belə davranmayıb: “Ümid edirəm ki, burada yazdıqlarımdan hərə özü üçün nəticə çıxaracaq və biabırçı davranışlara son qoyulacaq”.