XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 19:42

Ankara və Bakı Azərbaycanın birgə mübarizə aparacaq- Işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə qarşı

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə aparacaq.

Bunu Trend-ə Türkiyə diplomatik mənbələrindən bildiriblər.

Mənbə bildirib ki, mütəmadi olaraq Türkiyə mediasında bu barədə xəbərdarlıq xarakterli məlumatlar da yayımlanacaq:

“Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə çərçivəsində, Azərbaycan və Türkiyənin aidiyyəti qurumları arasında müntəzəm qarşılıqlı məlumat mübadiləsi həyata keçiriləcək”.

Mənbənin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə istehsal olunan məhsullar Türkiyə ərazisinə buraxılmayacaq.