“Milli Şuranın mitinqi keçirilməyəcək” – Fuad Qəhrəmanlı

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 17-də mitinq keçirməsinə icazə verməyib. Strateq.az xəbər verir ki, bunu Modern.az-a AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin vaxtını dəyişməyə hüququ yoxdur:
“Bakı Şəhər İcra Hakimiyyətinin, sadəcə olaraq mitinqə razılıq verib-verməmək haqqı var. Qurum bizim təyin etdiyimiz vaxta razılıq verilməyib. Əksinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq mitinqin mayın 16-da keçiriləcəyi təqdirdə icazə verəcəkləri ilə bağlı məlumat yayıblar. Bakı Şəhər İcra Hakimiyyəti bu cür dolayı yol ilə icazə verməkdən imtina edib. Faktiki olaraq mayın 17-də mitinq keçirməklə bağlı müraciətimizə razılıq verilməyib. Biz mayın 17-də mitinq keçirmək üçün hazırlaşmışdıq. çox güman ki, mayın 16-da mitinq keçirilməyəcək”.
Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla mayın 16-da saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.