XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

16 Yanvar 2020 - 12:11

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri:“Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır”

“Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır”.

Bunu bu gün “Seçkinin mediada isıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyasında Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes bildirib.

Zoltan Hernyes deyib ki, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib: “Bu tövsiyələr əsasən, medianın rolu ilə bağlıdır. Media üçün şərait yaradılmalıdır. Başqa sözlə, həm dövlət, həm də özəl media qurumları seçki prosesinə cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, MSK-ya Mətbuat Şurasına və digər qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri qeyd edib ki, seçki dövründə mühüm məsələlərdən biri də gender bərabərliyidir: “Gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir”.

APA