XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

19 Yanvar 2020 - 19:35

MSK daha bir DSK-nın qərarını ləğv edib –Namizəd qeydə alınıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 21 saylı Nəsimi birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun müraciətinə baxılıb.

Bu barədə MSK-nın üzvü İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, R.Həsənovun namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı əsassızdır.

İ.Şahbazovun sözlərinə görə, araşdırma nəticəsində namizədliyini irəli sürmüş şəxsə məxsus olduğu iddia edilən avtomobilin sadəcə, onun istifadəsində olduğu sənədlərlə təsdiq olunub.

MSK DSK-nın qərarını ləğv edib və R.Həsənovun deputatlığa namizədliyi qeydə alınıb/Report.