Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar indiyə qədər 30 min 231 nəfər də yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 1012 müşahidəçi MSK-da, 29 min 219 nəfər isə DSK-larda akkreditasiyadan keçib”.
Report