XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 18:45

İrakli Qaribaşvili:"Gürcüstan və Azərbaycan yalnız qonşu deyil, dost ölkələrdir"

“Gürcüstan Azərbaycanla dostluğa böyük dəyər verir”.

Bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan yalnız qonşu deyil, dost ölkələrdir: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, ölkələri qardaşlıq və dostluq birləşdirir. Hər iki ölkənin müdafiə nazirlikləri arasında məhsuldar və sıx əməkdaşlıq mövcuddur”.

İ.Qaribaşvili deyib ki, iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri bölgədə sabitlik və təhlükəsizliyi təmin edir: “Gürcüstan dövləti adından Azərbaycan dövləti və xalqına ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi möhkəm dəstəyə görə minnətdarlığımı bildirirəm”.

Nazir qeyd edib ki, bu gün tərəflər arasında imzalanan 2020-ci il üçün hərbi sahədə əməkdaşlıq planına bir sıra tədbirlər və layihələr daxil edilib: “Əminəm ki, Azərbaycan müdafiə nazirinin Gürcüstana rəsmi səfəri əməkdaşlığı daha da möhkəmləndirəcək”.

Report