XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 22:59

Zakir Həsənov:“Bölgədəki münaqişələr sülh yolu ilə həll olunmalıdır”

“Bölgədə mövcud münaqişələr beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həll olunmalıdır”.

Bu barədə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə keçirdiyi görüşdə bildirib.

Spiker müdafiə nazirinə Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyət barədə məlumat verib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri qeyd olunub.

Tərəflər parlamentlərarası əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə sektoral əməkdaşlıq istiqamətləri müzakirə olunub, müdafiə və hərbi təhsil, energetika və nəqliyyat sahələrində əlaqələrin möhkəmləndirilməsi məsələsinə xüsusi diqqət ayırılıb/Report.