XƏBƏR LENTİ

25 Fevral 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 10:26

Parlament seçkiləri:deputatlığa namizədlərin 282-i nəfəri işsiz, 40-ı isə təqaüdçüdür

Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınan işsizlərin və təqaüdçülərin sayı məlum olub.

“Report”un xəbərinə görə, deputatlığa namizədlərin 282-i nəfəri işsiz, 40-ı isə təqaüdçüdür.

Qeyd edək ki, deputatlığa namizədlərin sayı 1500 ötsə də, onlardan bir qismi namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1479 nəfərdir.

Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.