XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2020 - 14:57

Britaniyanın Azərbaycandakı səfiri:“Biz də Qarabağ münaqişəsinin həllini tapmasını gözləyirik"

“Böyük Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

Bunu Bərdədə səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışır.

“Biz də bu münaqişənin həllini tapmasını gözləyirik. Böyük Britaniya Azərbaycan müstəqillik qazandıqdan sonra həmişə onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib”.