XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 17:15

MSK:"Seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırma aparılır"

Mərkəzi Seçki Komissiyası (MSK) seçiciləri müxtəlif vasitələrlə ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq.

MSK-nın bu gün keçirilən iclasında 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlundan digər namizədlər tərəfindən edilən şikayətlərə baxılıb.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlundan digər namizədlər tərəfindən ədalətsizlik kimi qiymətləndirilən şikayətlər daxil olub:

“Həmin şəxs 1980-cı il təvəllüdlüdür, bitərəfdir və namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. Sözügüdən namizədin qanunun tələblərinin pozulması, seçicilərə ərzaq paylaması və digər vasitələrlə onları ələ alması ilə bağlı xeyli şikayət daxil olub. Biz onun sosial şəbəkələrdəki öz səhifəsini də araşdırdıq. Həqiqətən də onun öz səhifəsində daxil olanda, belə məlumatlar paylaşmasının şahidi olduq. Bunlar təşviqat dövründə də davam edir. Hazırda da həmin şəxs bu işləri davam etdirir. Bu, arzuolunmaz bir haldır. Namizədlər bir-birinə qarşı ədalətli mövqe sərgiləsinlər”.

MSK sədri Məzahir Pənahov deyib ki, sosial şəbəkələrlə bağlı bütün namizədlərə müraciət edilib: “Ona xəbərdarlıq edilməlidirsə edilsin, dairə seçki komissiyasına çağrılmalıdırsa, çağrılsın. Məsələ araşdırılsın”.

Report