Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, islasda 8 saylı Binəqədi birinci və 33 saylı Xətai birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub.
MSK-nın qərarına əsasən, Sahibə Məcid qızı Əmiraslanova 33 saylı Xətai birinci, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yekunları müəyyən edilənədək isə Nəsimi Abbas oğlu Cəfərov 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilblər.