XƏBƏR LENTİ

02 Aprel 2020
01 Aprel 2020

Digər Xəbərlər

24 Yanvar 2020 - 13:49

“Trampın İsrail-Fələstin münaqişəsinin həllinə töhfə verəcəyinə inanıram” –Səfir

“Bildiyiniz kimi, dünən ABŞ Prezidenti Donald Tramp İsrailin Baş Naziri Benyamin Netanyahu və ölkə müxalifətinin liderini gələn həftə Vaşinqtona dəvət edib. Onların Vaşinqtonda İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı razılaşmanı müzakirə edəcəyi gözlənilir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

ABŞ-ın İsrailin yaxın müttəfiqi olduğunu xatırladan səfirin sözlərinə görə, ABŞ yeganə tərəfdir ki, həqiqi sülh səylərinə rəhbərlik edə bilər.

“Necə ki, ABŞ bunu daha əvvəl Misirdə, İordaniyada edib. Biz amerikalı dostlarımıza inanırıq. Onlar həqiqətən də regionda davamlı və həqiqi sülhün əldə olunmasında maraqlıdırlar. Biz hamımız Tramp administrasiyasının addımını diqqətlə izləyirik. Əgər deyilənlər doğrudursa, mən inanıram ki, Trampın irəli sürəcəyi hər hansı təşəbbüs İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə töhfə verəcək”, – deyə C. Dik vurğulayıb. (apa)