XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 21:12

“İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir” –Gürcüstanın XİN başçısı

“Münaqişələr və dondurulmuş münaqişələr Avropa Şurası Nazirlər Komitəsini çox narahat edir”.

Bunu AŞPA-nın qış sessiyasında Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir bildirib ki, həlli tapılmamış münaqişələrin həlli zamanı beynəlxalq prinsiplər əsas tutulmalıdır: “İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir. Onlar bu dəvəquşu siyasətlərini həyata keçirməyə son qoymalıdırlar. Yoxsa bu işğalçı tərəflərin fəaliyyətini daha da genişləndirə bilər”.

“Çox vacibdir ki, münaqişədə olan tərəflər barışığa çalışsınlar. Münaqişəli tərəflər arasında bir-birlərinə inamın yaranması vacib məsələlərdəndir”, – nazir vurğulayıb.

Xatırladaq ki, Gürcüstan 2019-cu ilin noyabr ayından 2020-ci ilin may ayına kimi Avropa Şurası Nazirlər Komitəsinin prezidenti vəzifəsini həyata keçirir. (Report)