XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 10:46

ATƏT DTİHB Azərbaycanda keçiriləcək parlament seçkiləri üzrə aralıq hesabatını açıqladı –DETALLAR

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda fevralin 9-da keçiriləcək parlament seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı açıqlanıb.

Hesabat ATƏT-in rəsmi saytında dərc olunub.

Sənəddə qeyd olunub ki, Azərbaycan hökumətinin dəvətini aldıqdan sonra DTİHB yanvarın 7-də Seçki Müşahidə Missiyası (SMM) təsis edib. Səfir Peter Tejler-in rəhbərlik etdiyi SMM, Bakıda yerləşən 12 nəfərlik əsas heyətdən və yanvarın 14-də bütün ölkə üzrə 12 əraziyə göndərilən 26 uzunmüddətli müşahidəçidən (UMM) ibarətdir.

Missiyanın üzvləri ATƏT-in 23 iştirakçı dövlətindən seçilib.

Bildirilib ki, DTİHB, səsvermə, səslərin hesablanması və nəticələrin qeydiyyatı da daxil olmaqla, seçki günü proseslərini müşahidə etmək üçün iştirakçı dövlətlərdən 350 nəfər qısamüddətli müşahidəçinin ezam edilməsini xahiş edib.

“Hökümət, DTİHB SMM-ə seçkilərin azad və ədalətli şəraitdə keçirilməsi üçün siyasi iradənin olduğunu bildirib. Hökümət, növbədənkənar parlament seçkilərinin Ermənistanla davam edən qarşıdurma şəraitində keçəcəyini qeyd edib. Həmçinin həll edilməmiş münaqişənin ölkəyə bir sıra mənfi təsirlərinin olduğunu vurğulayıb. Hökümət, xüsusən də böyük sayda məcburi köçkün üçün səsvermənin təşkilini nəzərə alaraq, sözügedən vəziyyətin seçkilərin idarə olunmasını çətinləşdirdiyini qeyd edib”, –  deyə hesabatda vurğulanıb.

Xatırladaq ki, müşahidə missiyasının rəhbəri Piter Teylerdir (İsveç). Uzunmüddətli missiya Bakıda yerləşən 12 mütəxəssisdən ibarət əsas qrupdan ibarətdir.

DTİHB yanvarın 14-dən etibarən 30 uzunmüddətli müşahidəçinin ölkə daxilində yerləşdirilməsini istəyib, 350 qısamüddətli müşahidəçi isə seçki günü səsvermənin gedişatını izləyəcək/Report.