XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 11:53

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı 56 qərar verib –Hesabat

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 56 qərar qəbul edib.

Bu barədə AİHM-in “2019-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.

İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-də Azərbaycan üzrə 397 ərizəyə baxılıb, 427 ərizə qəbul olunmayıb, 56-sı üzrə qərar çıxarılıb.

2018-ci illə müqayisədə Azərbaycan üzrə AİHM-də baxılan ərizələrin sayı çoxalıb. Müqayisə üçün bildirək ki, 2018-cı ildə AİHM-də Azərbaycan üzrə 331 ərizəyə baxılıb, onların 261-i qəbul edilməyib, 43-ü üzrə isə qərar çıxarılıb.

2019-cu ildə 108 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.

Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub/Report.