XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2020 - 18:29

Ceyms Şarp:"Böyük Britaniyanın Azərbaycanla münasibətləri daha da güclənəcək"

“Azərbaycanla münasibətlərimiz çox möhkəmdir”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Brexit”in ikitərəfli münasibətlərə mümkün təsiri barədə danışarkən deyib.

“Münasibətlərimiz ikitərəfli əlaqələrə söykənir. Bunun bizim Avropa İttifaqı üzvlüyümüzlə bağlı olduğunu düşünmürəm. Daha da güclənəcəyinə əminəm. Vaxtı gəlincə Böyük Britaniya ilə Azərbaycan arasında yeni sazişə dair danışıqlara başlamağı nəzərdə tuturuq”, – diplomat qeyd edib/Report.