“Müəyyən qrup insanar var ki, sensasiya xarakterli məlumatlarla yaşayır və onu özü üçün həyat tərzi hesab edir”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib: “Bəzi insanlar düşünür ki, hay-küy salmaqla bizi nəyəsə məcbur edə bilərlər. Hər bir məsələ qanun çərçivəsində öz həllini tapacaq. Hay-küy salan insanlar vaxtlarını boş yerə sərf etməsinlər. Biz marağındayıq ki, çatışmazlıqlar olmasın. Əgər olarsa, onu edənləri cəzalandırırıq. Bütün bunlar qanunvericiliyə uyğun həyata keçirilir”.
Trend