XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2020 - 11:30

Parlament seçkiləri:bildirişlərin paylanması prosesi başa çatır

Məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi bu gün başa çatır.

APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndinə əsasən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi səsvermə gününə 7 gün qalanadək başa çatmalıdır.

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı bu proses 2 fevraladək olan dövrü əhatə edir.