“Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb”.
Bunu MSK-nın sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədrinin müavini qeyd edib ki, vebkameraların yoxlanılması, hazır vəziyyətə gətirilməsi başa çatdırılıb: “Bununla bağlı texniki və digər işlər görülüb”.
O bildirib ki, 119 seçki dairəsi üzrə 1000 vebkamera quraşdırılıb.
İclasda vebkamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul edilib/Report.