XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 20:55

Baş Prokurorluqdan Mehman Hüseynova cavab verildi:  "Fərəc Quliyevlə bağlı şikayət MSK-ya göndərilib"

“Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib”.

Strateq.az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədəki hesabında yazıb.

Xatırladaq ki, 31 saylı dairədən namizəd olan Mehman Hüseynov Fərəc Quliyevin namizədliyini geri götürmək müqabilində ona pul təklif etdiyini iddia edib. O, hətta bu barədə gizli yazılmış danışıqlarının səsini də yayıb.