Sabah Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar yeni şəxsiyyət vəsiqələri üzərindəki çipi oxuyan cihazlarla təmin edilən seçki məntəqələrinin sayı açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov “Report” a ekslüziv açıqlamasında bildirib ki, 5 573 məntqə çip oxuyan cihazla təmin edilib.
“Hər bir məntəqəyə 2 çip oxuyan cihaz verilib” – o, bildirib.