XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2015 - 05:36

Müsavatda daha bir kütləvi istefa: 55 nəfər partiyanı tərk edib- BƏYANAT

musavat.jpg

Müsavat Partiyası Xətai rayon təşkilatının bir bir qrup üzvü bəyanat yayıb.

APA-ya daxil olan bəyantda deyilir:

“Biz, Müsavat Partiyası Xətai rayon təşkilatının bir qrup üzvü partiyanın VIII qurultayını və qurultaydan sonra partiya daxilində baş verən antidemokratik fəaliyyəti, verilən qərarları böyük narahatlıq, səbr və dözümlə izlədik. Düşündük ki, partiya rəhbərliyi buraxılmış səhvlərdən, edilən tənqidlərdən düzgün nəticə çıxararaq özünün qeyri-legitimliyi haqqında şübhələri dağıtmaq üçün təşkilat daxilində sabitliyi qoruyacaq, qurultay zamanı və sonra baş vermiş hüquq pozuntularını aradan qaldıracaqdır. Amma gözlədiklərimizin əksi olaraq rəhbərlik nizamnamədən kənar fəaliyyətini davam etdirərək partiyadaxili siyasətə qarşı edilən tənqidlərdən nəticə çıxartmadı.

Partiya rəhbərliyinin Nizamnamədən kənar addımlarını, fədakar, “Müsavatçılıq” ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk”.

Bəyanatı ümumilikdə 55 nəfər imzalayıb. Lakin onlardan 15-i adının açıqlanmasını istəməyib. Bəyanatı imzalayan 40 nəfərin siyahısı isə belədir:

Vidadi Hüseynov – Xətai rayon təşkilatının sabiq sədri və keçmiş Ali Məclis üzvü

Yaşar Ağabəyov – Şura üzvü

Fəxrəddin Ağayev – üzv

Zahidə Ağabəyova – üzv

Tofiq Süleymanlı – Şura üzvü

Tahir Süleymanov – Şura üzvü

Fərrux Seyidov – Şura üzvü

Yaşar Tağıyev – üzv

Fəxrəddin Rəhimov – üzv

İlqar Məmmədov – üzv

Vüqar Məmmədov – üzv

Sahib Məmmədov – Şura üzvü

Bəkir Qasımov – üzv

Səxavət Hüseynov – üzv

Fikrət Zeynalov – üzv

Məcid Nəcəfov – üzv

ümid Mirzəyev – Şura üzvü

Zahid Məmmədov – üzv

Ramil Məmmədov – üzv

Qərənfil Şiriyeva – üzv

Zərifə Qulamova – Şura üzvü

Gülüş Həsənova – üzv

Aydın Novruzov – üzv

Elnur Novruzov – üzv

Musa İsmayılov – üzv

Aqil Qazi – üzv

Anar Hacıyev – üzv

Adil Məmmədov – üzv

Mövlud Məmmədov – üzv

Akif Həsənov – üzv

Zülfüqar Həsənov – üzv

Vüqar Qayıbov – üzv

Əkbər Məmmədov – üzv

İlham Cəfərov – üzv

Salam Qasımov – üzv

Qasım Əbdülrəhimov – üzv

Asif Məmmədov – üzv

Mahmud Şıxzadayev – üzv

Hidayət Əliyev – üzv

Fərhad Məmmədov – üzv