XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

09 Fevral 2020 - 14:48

Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək –XİN rəsmisindən açıqlama

Yaxın zamanlarda Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək.

Bu barədə  Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında Xəzərdə sektorların razılaşdırılması ilə bağlı təmaslar kəsilməyib, bu, mütəmadi xarakter daşıyır.

Bu, Azərbaycan-Türkmənistan münasibətlərində aktual məsələlərdən biri kimi qalmaqdadır. Bu məsələ üzərində iş gedir, müzakirələri davam etdiririk. Həmin görüşdə Türkmənistan nümayəndəsi də iştirak edəcək”, – deyə naziri müavini qeyd edib. /APA