XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 15:06

MSK 77 saylı Astara Seçki dairəsi ilə bağlı şikayətləri əsassız saydı –Rəşad Mahmudov təhlükədən sovuşdu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən namizəd olan Həsənov Rəşad və digər namizədlərin şikayətinə baxılıb.

Məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.

O bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək, şikayətlərin hər üçünə baxıb: “Araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları öz təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib”.

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur/Report.