XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

16 Fevral 2020 - 11:07

Ərdoğan Əsəd rejiminə vaxt verdi:"Fevral bitmədən lazım olanı edəcəyik"

Bəşər Əsədə məxsus qüvvələr Soçi razılaşmasında qəbul edilən qərarlara riayət edənə qədər İdlib böhranı davam edəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İdlib böhranı həll edilmədikcə nə bölgədən sərhədlərimiz istiqamətində gələn insan axınının, nə də Türkiyədəki suriyalıların geri dönüşü mümkün olacaq. Əsəd rejimi təxribatı dayandırmalı və razılaşmalarda qeyd olunan sərhədlərə çəkilməlidir. Əgər belə olmasa, fevral ayı bitmədən lazım olanı edəcəyik”, – Ərdoğan bildirib. /Azpolitika.info