XƏBƏR LENTİ

10 Aprel 2020
09 Aprel 2020

Digər Xəbərlər

16 Fevral 2020 - 12:59

Zərif Avropaya çağırış etdi:"“Əgər Avropa İranın iqtisadi maraqlarını təmin edərsə..."

İran Xarici İşlər naziri Cavad Zərif Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində fransalı həmkarı Jan-İv Le Drianla görüşüb.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, C. Zərif Avropanın İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) çərçivəsində öhdəliklərini yerinə yetirməyə qayıtmasının problemin yeganə həll yolu olduğunu bildirib.

İran XİN rəhbəri bu halda Tehranın da HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməkdən imtina etməsi prosesini dayandıracağını vurğulayıb: “Əgər Avropa İranın iqtisadi maraqlarını təmin edərsə, Tehran HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməyə hazırdır”.