XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

16 Fevral 2020 - 19:30

“Gürcüstan Azərbaycan və Ermənistanı əlaqələndirir” –Bundestaqın vitse-prezidenti

“Gürcüstan bölgədə əhəmiyyətli rol oynayır”.

Bu barədə Almaniya Bundestaqının vitse-prezidenti Klaudiya Rot Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Gürcüstan bölgəni əlaqələndirir: “Gürcüstanda sabitlikdir, ölkənin qonşuları isə münaqişədədirlər. Ermənilərin Azərbaycana, azərbaycanlıların isə Ermənistana heç vaxt getməyəcəklərini demələrini, o zaman gəlin birlikdə Gürcüstanda görüşək sözlərini eşitmişəm”.

K.Rot qeyd edib ki, avropalılar Gürcüstanı dəstəkləməlidirlər: “Biz avropalılar Gürcüstanın qarşısında duran çağırışların həllində ölkəni dəstəkləməklə bağlı məsuliyyət daşıyırıq”. /Report