XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 19:25

MSK seçkilərlə əlaqədar müraciətlərə baxılma müddətinə aydınlıq gətirib- Açıqlama

“Əgər deputatlığa namizədlər Dairə Seçki Komissiyasının qərarından şikayəti poçta müddət ötürülməklə verməyiblərsə, həmin namizədlərin şikayətinə bütün hallarda baxılacaq”.

Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

R Qasımov deyib ki, şikayətlərin müəyyən qismi aidiyyəti qaydalar pozulmaqla MSK-ya göndərilib: “Həmin şikayətlərə baxılması DSK-ların səlahiyyətində idi. Biz də həmin şikayətləri DSK-lara geri göndərdik. Əlbəttə, burada vaxt itkisi olur. Amma DSK-lar həmin şikayətlərə baxır. Çünki məntəqə seçki komissiyalarının fəaliyyəti ilə bağlı şikayətlərə DSK baxmalıdır. Buna görə də məntəqə seçki komissiyalarının fəaliyyəti ilə bağlı MSK-ya göndərilən şikayətləri DSK-lara göndərməliyik. DSK bu şikayətlə bağlı hər hansı qərar verdikdə, şikayətçi bununla razı olmursa, həmin qərardan MSK-ya şikayət verə bilər. MSK da DSK-nın qərarına baxır və müvafiq qərar çıxarır. DSK-ların qərarından MSK-ya şikayət müddətinə gəlincə, bəzən şikayət MSK-ya daxil olur, MSK şikayəti DSK-ya göndərir, DSK yenə müvafiq müddətdə qərar verir, yenə deputatlığa namizəd müvafiq müddətdə MSK-ya DSK-nın qərarından şikayət verir. Məqsəd isə odur ki, şikayət vermək istəyən, prosesdən hər hansı formada narazı qalan şəxslərin bütün şikayətlərinə, müraciətlərinə baxılsın, qanunvericiliyin tələblərinə uyğun qərarlar verilsin”.