XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 19:11

MSK bu dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı –Qərar

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 57 saylı Kürdəmir seçki dairəsindən namizəd Rəşad Qəribovun müraciətinə baxılıb.

Şikayətlə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, deputatlığa namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, 7, 18, 33 saylı seçki məntəqələrində ciddi qanun pozuntuları aşkarlanıb. Ümumilikdə isə 5 məntəqədə pozuntular aşkar olunub. Bunlardan ikisi təqdim edilən 2 protokol əsasında müəyyən edilib. Ona görə də araşdırma ilə əlaqədar olaraq 5 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 5 seçki (7, 18, 20, 27 və 33 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qərar qəbul edilib/Report.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd Əminə Ağazadədir.