XƏBƏR LENTİ

13 İyul 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 20:56

MSK DSK-nın qərarını qüvvədə saxladı –Namizədin şikayəti təmin edilmədi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd Xəqani Cəfərovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib və bununla əlaqədar MSK-ya 1 disk təqdim edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib/APA.

Qeyd edək ki, bu dairədən lider namizəd Musa Qasımlıdır.