XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 19:08

ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru:“Həmsədrlər vasitəçilik səylərini aktiv davam etdirirlər”

“ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyət göstərir və biz hadisələrin inkişafını yaxından izləyirik”.

Bunu ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru Tuula Yuryelya təşkilatın Siyasi İşlər və Təhlükəsizlik Ümumi Komitəsinin Vyanada keçirilən qış iclasında deyib.

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalkanın fəaliyyətini dəstəklədiklərini bildirən T. Yuryelya bildirib ki, Minsk qrupunun həmsədrləri vasitəçilik səylərini aktiv şəkildə davam etdirirlər.

“Yanvar ayının sonunda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin birgə bəyanatı göstərdi ki, müzakirə masasında bir çox məsələ var”, – deyə o qeyd edib. (apa)