XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 23:04

Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək –Prezident Administrasiyası

Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Administrasiyadan bildiriblər ki, diaspora fəaliyyətinin gücləndirilməsi hazırda ən ümdə məsələlərdən biridir:

“Təəssüflər oısun ki, bu gün Azərbaycan və Türkiyə haqlı mövqeydən çıxış etmələrinə baxmayaraq, xüsusən də Qərbdə hər iki dövlət əleyhinə ciddi təbliğat aparılır. Diaspora sahəsində əməkdaşlığın gücləndirilməsi ölkələrimiz əleyhinə aparılan təbliğatın qarşısının alınmasında ciddi addım olacaq”.

Administrasiyadan o da bildirilib ki, yaxın zamanlarda ortaq diasporanın təsis edilməsi gündəmə gətiriləcək.

Qeyd olunub ki, Türkiyə bütün sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.