XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 18:23

MSK daha bir DSK-nın qərarını qüvvədə saxladı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 66 saylı Biləsuvar seçki dairəsindən namizəd Lətifə Əliyevanın müraciətinə baxılıb.

Strateq.az xəbər verir ki, şikayətlə bağlı MSK üzvü Tofiq Həsənov bildirib ki, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə əksər seçki məntəqlərində qanun pozuntularının olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Sosial şəbəkələrdə görüntülərə baxılıb və hər hansı qanun pozuntuları aşkar edilməyib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları öz əksini tapmayıb. Ona görə də müraciət əsassız hesab edilməlidir”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

Qeyd eədk ki, bu dairə üzrə lider namizəd Bəhruz Məhərrəmovdur.