XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 19:41

MSK 68 saylı Cəlilabad Kənd Seçki Dairəsi üzrə şikayəti əsassız saydı- Qərar

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 68  saylı Cəlilabad Kənd Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Sakit Mirişovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

T.Həsənov bildirib ki, müvafiq dairə seçki komissiyasının (DSK) qərarı ilə razılaşmayan S. Mirişov müraciətində səsvermə günü müşahidəçilərə müşahidə üçün imkan yaradılmadığını, digər qanun pozuntularına yol verildiyini iddia edib. Müraciət 30 seçki məntəqəsini əhatə edib.

T.Həsənov araşdırma üçün MSK-ya aktların surətinin təqdim edildiyini nəzərə çatdırıb və MSK-nın DSK-nın qərarını qüvvədə saxlamasını təklif edib.

MSK müraciəti təmin etməyib. Qeyd edək ki, bu dairə üzrə lider namizəd Elman Nəsirovdur.