XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 19:54

MSK Əli Əliyevin şikayətini təmin etmədi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin səlahiyyətli nümayəndəsi Əliyar Şirməmmədovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

B.Əsgərov bildirib ki, müraciətdə səsvermə günü müşahidəyə şərait yaradılmaması və digər pozuntulara yol verildiyi iddia olunub. MSK təqdim edilən 84 videogörüntünü araşdırıb və iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməyib.