XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 20:49

Daha bir məntəqədə seçkinin nəticəsi ləğv edildi- MSK-dan qərar

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 82 saylı Ağcabədi Seçki Dairəsində deputatlığa namizədliyi qeydə alınmış Hüseyn Talıbov, Fərid Məmmədov, Cavid Hacıbəyli və digərlərinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK Bəxşeyiş Əsgərov məlumat verib.

B.Əsgərov bildirib ki,  müraciət edənlər müxtəlif qanun pozuntularına yol verildiyini iddia edərək, Seçki Dairəsi üzrə nəticələrin ləğv olunmasını tələb ediblər.

Lakin MSK tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 3 saylı seçki məntəqəsindən başqa, digər məntəqələrdə pozuntulara yol verildiyi təsdiqini tapmayıb. Videogörüntülərdən birində 3 saylı məntəqədə 71 ədəd topa bülleten atıldığı görünür.  

MSK 82 saylı Ağcabədi Seçki Dairəsi üzrə 3 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu dairədə lider namizəd Tahir Rzayevdir.