XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 21:25

Ülvi Quliyevin lider olduğu dairə üzrə 4 məntəqədə nəticələr ləğv edildi –ADP sədrinin şikayəti ilə

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədovun (Cəlaloğlu) müraciətinə baxılıb.

ADP sədrinin şikayət ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verərək, bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 10, 19, 28 və 29 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edilib və 15 saylı Yasamal Birinci Seçki Dairəsi üzrə 10, 19, 28 və 29 saylı seçki məntəqələrində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib/APA.

Qeyd edək ki, bu dairənin lider namizədi deputat Ülvi Quliyevdir.