XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 22:24

Ləman Ələşrəfqızının namizəd olduğu dairə:MSK 3 məntəqənin nəticələrinin ləğvinə qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd İsmayılova Ləman Aləşrəf qızının müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 3 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 3 seçki ( 29, 30 və 43 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Qeyd edək ki, MSK bu dairə üzrə lider namizədin deputat Aqiyə Naxçıvanlıdır.