XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 17:13

MSK-da iclas:Yadigar Sadıqlının şikayəti təmin edilmədi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yadigar Sadıqlının müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir qanun pozuntusu aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi,DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib/Report.

Qeyd edəık ki, bu dairədə lider namizəd Rüfət Quliyevdir.