XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 19:53

MSK Mehman Hüseynovun şikayətini araşdırdı –2 məntəqə üzrə qərar verildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd Mehman Hüseynovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 13 və 26 saylı seçki məntəqələrində qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki (13 və 26 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Qeyd edək ki, bu dairədə lider namizəd təhsil üzrə eksperty Etibar Əliyevdir.