Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.
Nurlana Cəlil MSK-nın çıxardığı qərara kəskin etiraz edib.
O, MSK sədrinə, katiblərə və qurumun üzvlərinə bunu bildirib: “Şəxsən bundan sonra sizlərdən birinin Zaqatalaya ayağı düşsə, qovacağam”.
Qeyd edək ki, MSK-nın qərarı ilə adıçəkilən dairənin iki məntəqəsinin nəticələri etibarsız sayılıb /Oxu.az