XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 18:54

“TANAP-ın tikintisi bu il başa çatacaq” –Nazir

Bu ilin sonunadək Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi başa çatacaq.

Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda kəmərin tikintisi üzrə işlərin 92%-i başa çatıb.

Bu qaz kəmərinin tikintisinin başa çatması ilə Cənubi Qaz Dəhlizinin yaradılması prosesi tamamlanmış olacaq ki, bu da Azərbaycan qazının Avropaya çatdırmağa imkan verəcək,  deyə nazir qeyd edib.

Qeyd edək ki, TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xəttidir. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək Yunanıstan, Albaniya və İtaliyanı əhatə edən Trans-Adriatik boru kəmərində (TAP) aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı Avropa bazarlarına nəql olunacaq. Uzunluğu 1 850 km olan TANAP-la ildə 16 mlrd. kubmetr təbii qaz nəql ediləcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya ötürüləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə  müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir. (apa)