XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 11:34

Prezident Administrasiyasında İlqar Məmmədovla görüş keçirilib- Açıqlama

Prezident Administrasiyasında REAL Partiyasının sədri İlqar Məmmədovla görüş keçirilib.

Strateq.az xəbər verir ki, bu barədə İlqar Məmmədov özü bildirib:

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”.

Xatırladaq ki, fevralın 27-də Prezident Administrasiyasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə də görüş keçirilib.