XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Fevral 2020 - 12:35

Arif Hacılı da PA-ya dəvət alıb:"Görüşün Müsavatda keçirilməsinin daha düzgün olduğunu bildirdim"

Müsavat Partiyasının başqanı Arif Hacılı da Prezident Administrasiyasına çağırılıb.

Strateq.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Bildirib ki, ona dəvət gəlib və o, bu dəvəti qəbul edib:

“Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim. Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim”.

Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.