XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 18:04

Fazil Mustafa da PA-ya dəvət edilib:"Səmərəli söhbətimiz oldu”

Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa da Prezident Administrasiyasına dəvət olunub.

Strateq.az xəbər verir ki, bu barədə Fazil Mustafa sosial şəbəkədəki hesabında açıqlama yayıb.

Bildirib ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb: “Partiyamızın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu”.

Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, ReAL Partiyasının sədri İlqar Məmmədova və Müsavat başqanı Arif Hacılını da PA-ya dəvət edib.