XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 15:12

Avropa İttifaqının rəsmisi:"Azərbaycanın da özünəməxsus kibertəhlükəsizlik strategiyası var"

“Azərbaycan kiberməkanda öz təhlükəsizliyini qorumaq üçün müəyyən səylər göstərir. Amma burada müəyyən problemlər ortaya çıxır və həmin məsələlər günbəgün mürəkkəbləşir”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Bakıda keçirilən “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbirində çıxışı zamanı deyib.

K.Yankauskasın sözlərinə görə, burada iş təkcə sizin fərdi kompüter və telefonla məhdudlaşmır: “İşlədiyiniz şirkətin də kibertəhlükəsizlik məsələlərinə riayət etməsi məsələsini ortaya qoyur. Həmçinin internet provayderin üzərinə də müəyyən tələblər qoyur ki, bu şirkətlər hansı qaydalarla fəaliyyət göstərməlidir”.

Səfirin sözlərinə görə, Aİ-nin kibertəhlükəsizlik strategiyası 2013-cü ildə hazırlanıb və qəbul olunub: “Bilirsiniz ki, Azərbaycanın da özünəməxsus kibertəhlükəsizlik strategiyası var. Bu sahədə Aİ-də iki əsas direktiv var. Birincisi fərdi məlumatların qorunub saxlanması ilə bağlıdır, ikincisi də ümumi məlumatların mühafizəsi qaydalarıdır. Əlbəttə Aİ ölkələri də müvafiq olaraq öz qanunvericiliklərini buna uyğunlaşdırmaqla bağlı fəaliyyət göstərir. Fərdi şirkətlər də bu sahədə işlər görür”.

Səfir əlavə edib ki, Aİ Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla bu sahədə danışıqlar aparır: “Bu danışıqlarda müəyyən prioritetlər müəyyən olunub. Biz artıq 3 mln avroluq layihə reallaşdırmaqdayıq və “EU4digital” departamenti tərəfindən icra edilən layihə Şərq Tərəfdaşlığı ölkələrində mühafizə sahəsində müqavimətin gücləndirilməsi məqsədi daşıyır. Dekabrda Kiyev şəhərində 6 ölkənin aidiyyatı qurumlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirdik. Qarşıdakı aylarda Aİ və Azərbaycan çox mühüm məsələlərin aradan qaldırılması sahəsində qərar qəbul edəcək. Bilirsiniz ki, Brüsseldə yeni Aİ komissiyası təyin edilib və bu komissiyanın qarşısında 3 əsas prioritet durur. Yaşıl iqtisadiyyat və rəqəmsallaşma da bura daxildir. Azərbaycan rəqəmsal ticarət qovşağının yaradılmasında uğur qazanıb və biz də bu sahədə sizi dəstəkləyəcəyik”.

Report