XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2016 - 15:35

ABŞ-ın Corcia ştatı “Dağlıq Qarabağ respublikası”nı tanıdı- Azərbaycan XİN reaksiya  verdi

xin foto

ABŞ-ın Corcia ştatının Nümayəndələr Palatası qondarma “Dağlıq Qarabağ respublikası”nı tanıyıb. Palatanın qəbul etdiyi 1580 saylı qətnamədə  “Dağlıq Qarabağ respublikası” müstəqil dövlət kimi gəstərilir. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın Corcia ştatı nümayəndələr palatasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanıması barədə qəbul etdiyi qətnaməyə münasibət bildirib: “15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corcia ştatının nümayəndələr palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa bir qətnamə qəbul edilib. Amerika Birləşmiş Ştatlarının qanunlarına əsasən xarici siyasət məsələləri və hər hansı qurumu tanımaq federal hökumətin səlahiyyətlərinə daxildir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tanınır və dəstəklənir”.

Mətbuat katibi qeyd edib ki, Ermənistan bu kimi cılız və təxribatçı əməllərlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında danışıqlar yolu ilə həllinə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə xələl gətirməyə, Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və mövcud status-kvonu saxlamağa çalışır.