XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2015 - 05:39

ABŞ hərbçiləri Ukraynaya girdi
Rusiya Xarici İşlər Nazirliyində ABŞ hərbçilərinin artıq Ukrayna ərazisində olduqları barədə məlumat var.
APA-nın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bugün keçirdiyi brifinqdə bəyan edib.
“Məlumat var ki, artıq ABŞ-ın hava-desant briqadasının 173 hərbçisi Lvov vilayətinin Yavorskiy poliqonundadır. Onlar ukraynalı hərbçilərə silahla davranma qaydalarını öyrədəcəklər”, – deyə A. Lukaşeviç bildirib.
Qeyd edək ki, ABŞ mart-oktyabr aylarında Ukraynaya 300 hərbçi göndərməyi planlaşdırırdı.