Bu gün keçirilən Milli Məclisin iclası müzakirə edilən qanunlarla yanaşı, maraqlı replikalarla da yadda qalacaq.
Strateq.az gun.az-a istinadən xəbər verir ki, spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasının ikinci hissəsində millət vəkillərini məzəmmət edib.
Spiker millət vəkillərini aktiv olmağa çağırıb: “Görürəm yorulmusunuz, aktiv olun”.
O, hətta, millət vəkili İmamverdi İsmayılovun iclası tez tərk etməsinə də yarızarafat-yarıgerçək iradını bildirib: “İmamverdi, xeyir ola, iclas davam edir hələ…”.